ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində ilk beynəlxalq səfərini Böyük Britaniyaya və ya Səudiyyə Ərəbistanına edə biləcəyini deyib.
Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“İlk səfərim ya Səudiyyə Ərəbistanına, ya da Böyük Britaniyaya ola bilər. Ənənəvi olaraq Böyük Britaniyaya ola bilər. Keçən dəfə Səudiyyə Ərəbistanına getdim, çünki onlar 450 milyard dollarlıq Amerika məhsulları almağa razılaşdılar”,- deyə o əlavə edib.
Tramp həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmerin indiyə qədər çox yaxşı iş gördüyünü vurğulayıb və onunla çox yaxşı münasibətləri olduğunu deyib. O, növbəti 24 saat ərzində Kir Starmerlə telefon danışığı aparacağını da söyləyib.
D. Tramp və Kir Starmer indiyə qədər bir neçə dəfə görüşüblər. Bu görüşlərdən biri də Kir Starmerin ABŞ-da prezidentlik kampaniyası zamanı Nyu-Yorkdakı “Tramp Tower”a səfəri zamanı baş tutub.
Ötən həftə xarici işlər naziri Devid Lemmi bildirib ki, Kir Starmer yaxın bir neçə həftə ərzində Trampla görüş üçün Vaşinqtona səfər edəcək.