Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırıldı

GÜNDƏM 27 yanvar 2025, 18:04
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Demokrat.az  xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Dövlət Miqrasiya Xidməti və Maliyyə Nazirliyinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 yanvar 2025, 23:50
Top