2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın payına düşüb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib. 2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 7 milyard 353 milyon dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon dollar təşkil etmişdi.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycan ticarət dövriyyəsində ixracat həcminin azalması neft qaz sektoru ilə birbaşa əlaqəli olduğunu bildirib:
“Neft hasilatı azalır, neft hasilatının azalması ilə paralel olaraq neftin qiymətləri də o qədər də yüksək səviyyədə olmalı idi. 2024-cü ildə gözləntilərdən daha aşağı səviyyədə oldu. Ona görə də Azərbaycan iqtisadiyyatında ixracatda neft qaz 90%-ə yaxın malik olduğu üçün ixracatdan gələn gəlirlər də azalmağa başladı. Bunun obyektiv səbəbləri var təbii ki. Bu hələ ki, kritik həddə deyil. Amma bu davamlı şəkildə olacaqsa, Azərbaycan iqtisadiyyatına təsirləri olacaq. Məsələn, bu ildə biz neft hasilatında, qiymətində azalmalar görəcəyiksə, bu artıq valyuta gəlirlərinə və valyuta ehtiyatlarına da mənfi təsir göstərəcək”.
Ekspert qeyd edib ki, tədiyyə balansında bugün hələlik müsbət saldo var:
“Amma ən azından müsbət saldonun həcminin azalmasını və yaxud da bərabərliyin yaranmasını da şahidi ola bilərik. Bu, təbii ki, tendensiya olaraq Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırışlar yaradır. Çünki valyuta gəlirlərinin azalması büdcə xərclərinə təsir göstərir. Neft fondunun gəlirlərinə təsir göstərir, dayanıqlı iqtisadi modelin yaradılmasına təsir göstərir. Yəni, neftdən, qazdan asılı olmağımız bu mənada neft-qaz gəlirlərinin azalması ilə Azərbaycan iqtisadiyyatında mənfi tendensiyalar yaradır”.
Leyla Turan
Demokrat.az