Aİ ukraynalılardan ibarət dəstənin fəaliyyətini dayandırıb

DÜNYA 27 yanvar 2025, 19:42
Avropa İttifaqı müvəqqəti qoruma statusundan sui-istifadə edən ukraynalılardan ibarət dəstənin üstünü açıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Europol məlumat verib.

İdarədən verilən məlumata görə, şəbəkəyə iki qardaş rəhbərlik edib. 2024-cü il noyabrın 19-da hüquq-mühafizə orqanları fəaliyyətini dayandırıb.

Aylarla davam edən əməliyyat Fransa, İspaniya və Sloveniyada 23 nəfərin həbsi ilə nəticələnib. Bundan əlavə, 35,7 milyon avro məbləğində nağd pul, nəqliyyat vasitələri, daşınmaz əmlak, saatlar və zinət əşyaları müsadirə edilib.



Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 yanvar 2025, 23:50
Top