Cənubi Koreya güclü qarla əlaqədar xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, bu barədə Yonhap yazır. Cənubi Koreyada qar yağması səbəbindən Ceju Beynəlxalq Hava Limanında yüzdən çox reys gecikib, onlardan 10-u ləğv edilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Koreya Daxili İşlər Nazirliyi Fəlakətlərin İdarə Edilməsi üzrə Mərkəzi Qərargahı aktivləşdirib.
Koreyanın daxili işlər naziri Ko Ki-donq bayram günlərində tıxacları minimuma endirmək üçün bütün şəxsi heyətin səfərbər edilməsi barədə göstəriş verib. Yolların təmizlənməsinə 9685 işçi və 1424 qartəmizləyən maşın cəlb olunub.
Əfsanə Kamal
Demokrat.az