Türkiyə Ordusundan İraqda yeni əməliyyat: 13 terrorçu öldürüldü — VİDEO

DÜNYA 26 yanvar 2025, 15:56
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Hakurk, Qara və Metina əməliyyat bölgələrində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatının 13 üzvü öldürülüb.

Nazirlik terrorçulara qarşı əməliyyatın qətiyyətlə davam etdiriləcəyini bildirib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top