Məşhur veteran futbolçu arvadını döyüb — FOTO

İDMAN 25 yanvar 2025, 11:50
"Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Coi Barton həyat yoldaşına qarşı zorakılıqda təqsirli bilinib.

Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

42 yaşlı keçmiş futbolçu spirtli içkinin təsiri altında həyat yoldaşına zərər verib. 

Hadisə 2021-ci ildə yaşanıb. Barton Londonun cənub-qərbindəki evlərinin qarşısında həyat yoldaşının boğazından tutaraq başına vurub. Bartonun arvadı mübahisə nəticəsində təsadüfən xəsarət aldığını iddia etmişdi və məhkəmə təxirə salınmışdı. Lakin prokurorluq apellyasiya şikayəti verib və məhkəmə şikayəti təmin edib.

Nəticədə Vestminster Maqistrates Məhkəməsi müəyyən edib ki, Barton mübahisə zamanı arvadını yerə yıxıb və onun başına zərbə endirib.

Məhkəmənin hökmünə baxmayaraq, Barton öz təqsirini inkar edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top