2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın payına düşüb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib. 2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 7 milyard 353 milyon dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon dollar təşkil etmişdi.
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, 2023-cü illə müqayisə 2024-cü ildə tədiyə balansında olan fərqliliklərin bir neçə səbəbi vardır:
“İdxal və ixrac arasında olan müsbət dinamikanın azalmasının əsas iki səbəbi vardır. Bunlardan biri enerji qiymətlərinin 2023-cü ildə daha baha olmasıdır. Nəticə etibarilə buna görə 2023-cü ildə profisit daha yuxarı olub. 2024-cü ildə isə nisbətdən qiymətlərin aşağı olması, ixracdan əldə olunan vəsaitin az olmasına səbəb olub. Bundan əlavə olaraq da, idxalın artması nəticədə profisiti azaldıb. İdxalın artmasının da əsas səbəbi hesab edirəm ki, bilavasitə ölkənin həm işğaldan azad olunmuş ərazilərdə yenidən bərpa işlərinin sürətləndirilməsi, eyni zamanda ölkənin milli təhlükəsizlik məsələlərinə diqqətin daha yüksək səviyyədə olmasıdır. Bu isə profisitin daha az olmasına gətirib çıxarıb”.
Leyla Turan
Demokrat.az