Deputat: “Daha çox izlənmə üçün dəyərlərimizin əleyhinə mövqe sərgiləyirlər”

GÜNDƏM 24 yanvar 2025, 18:45
““TikTok”la bağlı məsələlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Yaradıcısı Çin olan bu platforma bir çox hallarda insanlarda qıcıq yaradacaq fəaliyyəti ilə gündəmə gəlir. Hətta ABŞ-də Bayden adminstrasiyası platformanın qadağan edilməsi ilə bağlı qərar vermişdi. Tramp hakimiyyətə gəldikdən sonra dərhal qərarın icrasını 75 günlük müddətdə dayandırdı. Azərbaycanda da bununla bağlı müzakirələr tez-tez gündəmə gəlir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, özünü dırnaqarası blogger kimi aparan şəxslər platformadan olduqca əcaib formada istifadə edirlər:

“Daha çox izlənmə və bəyəni yığmaq üçün dəyərlərimizə zidd olan, insanlıq əleyhinə olan mövqelər sərgiləməklə gündəmə gəlirlər. 

Son dövrlərdə “TikTok” platforması üzərindən bloggerlik edən bir çox şəxslərin narkotik və digər əxlaqsızlıq məsələlərinin təbliğ olması cinayəti ilə həbs edildiklərinə şahid olduq. Həmin dövrdə platformanın bağlanması üçün ciddi çağırışlar oldu.  Hesab etmirəm ki, platforma qadağan edilsin. Ədəb-ərkan, məsuliyyət hissindən kənar insanların platformadan uzaqlaşdırılması yetərlidir. Bundan sonra digər sosial şəbəkələr kimi “TikTok” üçün də qadağan edilməsi tələb olunmayacaq”. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top