Sosial şəbəkədə narkokuryerlik üçün elan paylaşan kimlərdir? — DİN-dən AÇIQLAMA (VİDEO)

SOSİAL 23 yanvar 2025, 09:27
Sosial şəbəkədə hesab açıb narkotik daşınması üçün kuryerlik təklif edir... Maraqlananlar da az deyil...

Demokrat.az xəbər verir ki, "Xəzər Xəbər"in əməkdaşı özümünü iş axtaran kimi təqdim edib narkotacirlə əlaqə saxlayıb. Deyir ki, onu görmək mümkün deyil. əməkdaşlıq yalnız telefon vasitəsilə aparılır. Ödəniş isə kartla olur.

Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Elbrus İbrahimov onu da bildirdi ki, belə şəxslər məsuliyyətə cəlb edilirlər.

Qeyd edək ki, narkotik vasitə və psixotrop maddəni satanlarla yanaşı, bu vasitələri təbliğ edənləri də həbs cəzası gözləyir.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 19:30
Top