"Seçkinin bütün növləri sivil və demokratik dövlət quruculuğu üçün vacibdir. Ölkəmizdə keçirilən 3 seçki formasından biri də bələdiyyə seçkisidir. Bələdiyyələr yerli idarəetmə strukturu kimi əhəmiyyətli orqandır. Bələdiyyə seçkiləri cəmiyyətin bütün sosial və siyasi seqmentlərini aktivləşdirmək baxımından əhəmiyyətlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Bələdiyyələr cəmiyyətin ən aşağı struktur və vahidlərində ölkə idarəçiliyinin təkmilləşdirməsi ilə bağlı, sosial iqtisadi sahədə hansı proqramların icrasının zəruri olması ilə bağlı fikirlərin üzə çıxarılması üçün vacibdir. Bələdiyyətən vətəndaş həmrəyliyinin artırılmasına mühüm töhfələr verirlər. Buna görə də hər kəs bələdiyyə seçkilərinin önəmini lazımi qaydada dərk etməlidir. Seçiləcək şəxslər bələdiyyə üzvü olmağın bir prestij yox, məsuliyyət olduğunu anlamalıdırlar. Hər bir bələdiyyə üzvü dərk etməlidir ki, üzv və ya rəhbər olmaq şan-şöhrətli olmaq deyil, vəzifə, hüquq deməkdir. Bundan sonra Azərbaycan bələdiyyələrin daha nüfuzlu orqan kimi fəaliyyət göstərməsini istəyirsə, birinci növbədə fəaliyyətini tələbata uyğun qurmalıdır. Etiraf edək ki, bələdiyyələrin indiyə qədərki fəaliyyəti ilə arzu edilən fəaliyyəti arasında fərq olub"
O bildirib ki, indiki seçkilər müəyyən narazılıqların aradan qaldırılması üçün təsirli rol oynaya bilər:
"İndiyə qədər bütün siyasi partiyalar partiya olaraq seçkilərə önəm vermirdi. İndi partiyaların mütləq çoxluğunun seçkiyə qatılmasının şahidi oluruq. Bu da o deməkdir ki, həm bələdiyyələrin lazımi struktur olduğuna artıq siyasi müstəvidə dəyər verilir, həm də cəmiyyətin siyasiləşmiş hissəsinin bələdiyyə seçkilərində iştiraka marağı var".
Əfsanə Kamal
Demokrat.az