Politoloq: "Fransa qlobal məkanda mövqelərini sürətlə itirir"

DÜNYA 23 yanvar 2025, 17:59
"Fransanın yeni dünya düzənində yerininin necə olacağını bilmək üçün mövcud dünyadakı yerinə diqqət yetirmək kifayətdir. Fransa vaxtı ilə dünyanın 5 hegemon dövlətindən biri idi. Bu gün sadəcə formal olaraq elə qəbul edilir, çünki çöküş yaşayır. Fransa qlobal məkanda mövqelərini sürətlə itirir, müstəmləkəçilik siyasətindən məhrum qalır. Makron hakimiyyəti çöküşü sürətləndirən ən önəmli amildir"

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

"Fransa bu dövrdə Afrikadakı mövqelərini itirdi. Afrika Fransanın mövcudluğunu təmin edən əsas faktor idi. Fransa iqtisadiyyatı qitədə insanların zəhmətinin və sərvətinin talanması hesabına inkişaf edirdi. Afrika Fransa üçün ucuz xammal qaynaqları idi. İndi həmin qaynaqlar əldən çıxır və Fransa iqtisadiyyatına ağır zərbələr vurur. Ölkədə sosial iqtisadi sahədə narazılıqların artması müşahidə edilir. Eyni zamanda bu narazılıqlar siyasi məkana daşınır, Makrona qarşı etiraz dalğası güclənir. Ölkədə baş verənlər Fransanın dünyadakı mövqelərinə də zərər vurur. Artıq onun maraqları dünyada o qədər də maraqlı deyil. Makron hakimiyyəti gücsüzlüyünü anladığı üçün daha böyük səhvlər buraxmağa davam edir. Xüsusilə Azərbaycanla münasibətləri qəlizləşdirdiyi Cənubi Qafqaz imkanlarını da itirib. Yəqin ki, gələcək hakimiyyət Makronun buraxdığı səhvləri düzəltmək məcburiyyətində qalacaq. İndi proseslər olduğu kimi davam edərsə, yeni dünya düzənində Fransa idarə edən deyil, idarə olunan dövlət siyahısında yer ala bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top