Ukraynaya 50 minə qədər sülhməramlı göndərilə bilər

DÜNYA 23 yanvar 2025, 19:58
Avropa ölkələrindən Ukraynaya 50 min əsgər göndərilməsi üçün danışıqlar aparılır.

Demokrat.az
xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr bildirib ki, britaniyalılar və fransızlar artıq bəzi ilkin planlaşdırmalara başlayıblar.

Qeyd olunur ki, hərbçilər atəşkəs olacağı təqdirdə Ukrayna ilə Rusiya arasında demarkasiya xəttində asayişi təmin edəcəklər. 

ABŞ prezidenti Donald Trampın ilk 100 gün ərzində diplomatik qələbələr əldə etmək istəyinə görə tezliklə atəşkəsin əldə oluna biləcəyi ehtimal edilir.

Tramp Rusiyanın münaqişəyə son qoymağa razı olmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaların mümkün genişləndirilməsi barədə xəbərdarlıq edib . O, ABŞ-ın bütün Rusiya ixracatına yüksək rüsumlar tətbiq edə biləcəyini söyləyərək, ən qısa zamanda razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top