Suriyanın xarici işlər naziri ölkəsinə dəstək istədi

DÜNYA 23 yanvar 2025, 20:38
Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani çərşənbə günü Dünya İqtisadi Forumunda ölkəsi üçün dəstək istədi.

Demokrat.az
xəbər verir ki, Şeybani Suriyanın bütün sərmayələrə açıq olduğunu və enerji mövzusunda Körfəz ölkələri ilə əməkdaşlıq etdiklərini bildirib.

Şeybani həmçinin yeni Suriyada ədalətli konstitusiya üçün lazımlı işlərə başladıqlarını qeyd edib.

Şeybani ötən həftə Türkiyəyə səfər edib və türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Suriyanın elektrik enerjisi idarəsinin rəhbəri bu ay bildirib ki, ABŞ sanksiyaları yüngülləşdirdikdən sonra Türkiyə təchizatı artırmaq üçün enerji gəmisi göndərib.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top