"Ariya oxuyanlar mənə təşəkkür etsin"

ŞOU-BİZNES 23 yanvar 2025, 18:59

Müğənni Vəfa Şərifova "Sevil" operasından "Dilbər" ariyasını oxuyub. 

Axşam.az xəbər verir ki, sənətçinin ifası sosial şəbəkədə paylaşılıb və tənqid edilib. 

Vəfa isə tənqidlərə cavabsız qalmayıb. O, "Rəngarəng" verilişində bildirib ki, opera ifaçıları ona təşəkkür etməlidir:

"Orada ana xəttən çıxılmayıb, hər şey yerində idi. Opera ifaçılarından təşəkkür gösləyirdim, tənqid etdilər. Bu günə qədər TikTok-da qabağınıza ariya çıxmışdı? Bu qədər danışılmışdı? Neçə ildir veriliş gedir, ariyadan danışırdınız? "Dilbər" ariyası efirdə səslənirdi? Bu gün çox adam bunu əzbər bilir. Ancaq mənim oxuduğum hissəni bilirlər. Qınayanlar da, sevənlər də var".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top