Dünya

Britaniya fırtına üçün qırmızı həyəcan elan edib

Britaniya fırtına üçün qırmızı həyəcan elan edib

Böyük Britaniya fırtına üçün qırmızı xəbərdarlıq elan edib.

Demokrat.az xəbər verir ki, bu barədəSky Newsxəbər verir.

Telekanalın məlumatına görə, sinoptiklər bütün Şimali İrlandiya və Şotlandiyanınbəzi hissələrini vuracaq güclü küləklər barədə xəbərdarlıq edirlər. Tornado ölkənin bəzi ərazilərini də vura bilər deyə meteoroloqlar bildiriblər.

Sky News-un məlumatına görə, qasırğanın saatda 90 mil (saatda 100 kilometrdən çox) küləyin əsməsinə, yağış və qar yağmasına səbəb olacağı gözlənilir.

Yerli sakinlər təhlükəsizlik qaydalarına riayət etməyə çağırılıb, məktəblərin bağlanması, sürücülərə isə yola çıxmamaq tövsiyə edilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova