Alış-veriş nəhəngi obyektlərini bağlamaq qərarına gəldi: İşçilərini ixtisar edir

DÜNYA 23 yanvar 2025, 20:50
Amazon.com Inc Kanadanın fransızdilli Kvebek əyalətindəki bütün anbarlarını bağlamaq və işçilərini ixtisar etmək qərarına gəlib.

Demokrat.az
xəbər verir ki, nəhəng mağaza 1,900 daimi və mövsümi işçini ixtisar edərək, yeddi Kvebek obyektini bağlayacaq. 

Kvebek həmkarlar ittifaqı iyul ayından bəri anbarda işləyən 300 nəfər üçün kollektiv müqavilə ilə bağlı danışıqlar aparır.

Amazon açıqlamasında bu qərarın həmkarlar ittifaqı səyləri ilə heç bir əlaqəsinin olmadığını bildirib. Şirkət başqa yerdəki anbarlarını bağlamaq planlarının olmadığını da vurğulayıb. İşçilərə müəssisələr bağlandıqdan sonra 14 həftəyə qədər əmək haqqı üçün paket təqdim ediləcək.

 Xəbəri ilk olaraq Radio-Canada yayıb.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top