"Anamı həkim öldürdü"

ŞOU-BİZNES 23 yanvar 2025, 19:30

"Mənim anamı da 2016-cı ildə həkim öldürdü".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova bildirib. O, bir neçə gündür Nəzrin Mansurlu adlı qızın ölümündə günahlandırılan "Mərcan klinikası"nın plastik-cərrahı Sənan Mehdiyevlə bağlı həbs xəbərinə münasibət bildirib.

Lətafət "@axsamaz" instaqram səhifəsində şərh bölümündə bunları əlavə edib:

"Anam evdən öz ayaqları ilə getdi, ölüsünü gətirdilər. Biz şokda olmuşuq, onlar da saf qardaşıma qol çəkdiriblər. Onun da əlində nə qədər adam ölüb - Yaşar Nəzərov. Əvvəl həkimləri tutmurdular, indi insanlar tələb edir".

Qeyd edək ki, Nəzrin S.mehdiyevə burun əməliyyatı etdirib. Əməliyyatdan sonra onun halı pisləşib və komaya düşüb. Bir neçə gün sonra isə dünyasını dəyişib. Ailəsi əməliyyat zamanı Nəzrinin beynində çat əmələ gəldiyini deyib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top