Ekspert: "İqtisadiyyatın müəyyən problemləri səbəbindən ölkədə daxili istehsal ilbəil azalır"

GÜNDƏM 23 yanvar 2025, 18:36
Son bir ildə ölkə üzrə ixrac 21.7% azalaraq 26 milyard 554 milyon ABŞ dolları, idxal isə 21.8% artaraq 21 milyard 58 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinə 5 mlrd. 496 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə azdır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda ixracatda əsas faktor karbohidrogendir:

“Yəni, neft və qaz, bir də neft məsulları ixracatıdır. Əsas yeri bunlar tutur. Artıq neçə ildir ki, neft hasilatı getdikcə azalır, qaz hasilatı çoxalır. Qaz hasilatı artsa da, ixracatda neftin azalmasını kompensasiya edə bilmir. İxracatın azalmasında əsas faktor budur. Yəni, ixracatımızın əsas hissəsi neft və qazdır. Digər tərəfdən, ölkədə istehsal getdikcə azalır.

İqtisadiyyatın müəyyən problemləri səbəbindən ölkədə daxili istehsal ilbəil azalır. Həmin o istehsalın bir hissəsi də ixracata yönəlirdi.  Baş verən azalma ixracatın da azalmasına gətirib çıxardır.  Ona görə də xarici ticarət dövriyyəsində müsbət saldo yavaş-yavaş azalır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top