Metrodan istifadə edənlərin NƏZƏRİNƏ: Eskalatorlar...

SOSİAL 23 yanvar 2025, 11:46
Bakı metrosunda sərnişinlərə xidmət baxımından xüsusi əhəmiyyət kəsb edən mühəndis-texniki qurğular kimi indiyədək eskalatorların 90 %-ə yaxını tamamilə yeni nəsil analoqları ilə dəyişdirilib.

Demokrat.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Məlumata əsasən, çoxfunksiyalı diaqnostika kompleksi isə ən mühüm yeniliklərdən biri kimi metropolitendə təhlükəsizliyin daha da artırılması və infrastrukturun fəaliyyəti baxımından yeni standartları müəyyən edib.

Qeyd edilib ki, metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından Yaşıl və Qırmızı xətlərdə 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub:

“Enerji təhlükəsizliyi baxımından hər 3 xətti əhatə edən 21 dizel-generator quraşdırılmaqla, enerji verilişində fasilələr olduqda, hətta minimal tələblər çərçivəsində qatarların da hərəkətini təmin edən alternativ mənbə yaradılıb.

Son 20 ildə Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Metropoliten üçün xətlərin fəaliyyətini təmin edən nəhəng infrastruktur kimi, “Xocəsən” elektrik deposu isə nəinki müstəqillik dövründə, ümumilikdə Bakı metrosunun 58 illik tarixində yetişdirilmiş yerli mütəxəssislərin mühəndis-texniki bilik və bacarığının əyani nümayişidir. Bundan savayı, dərin özüllü 2 stansiyanın ikinci giriş-çıxışları inşa edilib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 19:30
Top