Taksi xidmətlərindən istifadə kəskin azalıb — AÇIQLAMA

GÜNDƏM 23 yanvar 2025, 17:31
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə 90 milyon 829 min sərnişin taksidən istifadə edib. 2023-cü illə müqayisədə taksidən istifadə sayı 3,29 milyondan çox azalıb. Bir il əvvəl taksidən istifadə edən sərnişinlərin sayı 94,123 milyon olub. 

Qeyd edək ki, Azərbaycanda sərnişinlərin 4,35 faizi taksidən istifadə edir. Bu göstərici 2023-cü ildə 4,9 faiz olub.

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, vətəndaşlarımız artıq ictimai nəqliyyata daha çox üstünlük verirlər:

“Taksi xidmətlərindən istifadə azalıb. Bunun müəyyən səbəbləri var. Taksilərin qiymətində müəyyən tənzimləmələrin aparılması, qiymətlərin bahalaşması, o cümlədən taksi sürücüləri ilə vətəndaşlar arasında yaranan problemlər vəziyyəti bu yerə gətirib çıxardı. Artıq statistik nəticələrdən də görünür ki, rəqəmlər öz sözünü deyir. Rəqəmlərlə də bu əks olunur ki, insanlar daha çox avtobusla hərəkət etməyə, piyada gəzməyə, ümumiyyətlə taksidən az istifadə etməyə təşviq olunublar. Hazırda sərnişin daşıma demək olar ki, ən pik həddə yaxınlaşmaqdadır. Ölkə üzrə ən çox sərnişin daşımı metro və avtobusların üzərinə düşür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top