Son günlər insanlar arasında həkim səhlənkarlığından şikayət edənlərin sayı artır. İnsanlar yanlış diaqnoz qoyulduğuna görə yanlış müalicənin fəsadlara yol açdığını dilə gətirirlər. Bununla yanaşı son zamanlar Azərbaycanda bəzi həkimlərin saxta diploma sahib olması ilə bağlı da xəbər yayılıb.
Mövzu ilə bağlı Demokrat.az-a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, ilk növbədə hər bir insan özü məsuliyyətli olmalıdır və peşəsinə vicdanla yanaşmalıdır:
“Yəni hər bir şəxs, hər bir vətəndaş da özünün vəzifəsinə sadiq olmalıdır və öz vəzifəsinə xəyanət etməməlidir. Xüsusilə də həkimlər həkim fəaliyyəti göstərərkən, Hipokrat andına and içirlər. Onlar ona görə bu prinsiplə xəstəyə diqqətlə yanaşmalıdırlar.
Son həkimlərlə bağlı prosesə gəldikdə isə Səhiyyə Nazirliyi hazırda bu istiqamətdə çox ciddi adımlar atır, qərarlar qəbul edir və ardıcıl olaraq bu istiqamətdə hüquq mühafizə orqanları da adımlar atırlar”.
Deputat onu da qeyd edib ki, burada birinci insanların özündə məsuliyyət olmalıdır:
“İnsanlar öz peşələrinin aliliyini, ümumiliyini qorumalıdırlar. İkinci isə qeyd etdiyim kimi, nəzarət güclü olmalıdır və bu gün bu nəzarəti bizim dövlət qurumları həyata keçirirlər.
Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda lazım oldu, olmadı insanların plastik əməliyyat etməsi geniş vüsat alıb. Vətəndaşlarımız bu məsələdə diqqətli və həssas olmadı. Yalnız vacib olduğu təqdirdə bu cür əməliyyatlar olunmalıdır”.
Leyla Turan
Demokrat.az