YapiKredi Müraciət Forması
Mazda CX-5
Gündəm Özəl

Aqil Abbasdan "danışmaqxana" sözünə reaksiya

Aqil Abbasdan danışmaqxana sözünə reaksiya

Ötən gün Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında çıxış müddəti ilə bağlı fikir ayrılığı yaranıb. Deputat çıxış üçün ayrılan vaxtın məhdudlaşdırılmasına etiraz edərək Milli Məclisi "danışmaqxana" adlandırıb. Sahibə Qafarova isə bu ifadəyə etiraz edərək parlament etikasına və leksikasına riayət etməyə çağırıb. Spiker çıxış müddətinin 5 dəqiqə müəyyənləşdirilməsi barədə qərarın səsvermə ilə qəbul edildiyini xatırladıb.

Demokrat.az mövzu ilə bağlı deputat Aqil Abbasla əlaqə saxlayıb.

Deputat bildirib ki, Milli Məclislə bağlı bu tip məsələlərə münasibət bildirmək istəmir.

"Mən belə məsələlərə şərh vermirəm", - deyə bildirib və telefonu söndürüb.

Xatırladaq ki, oktyabrın 30-da Milli Məclisin plenar iclasında Aqil Abbasla Sahibə Qafarova arasında da fikir ayrılığı yaşanıb. Belə ki, deputat Ağdamda məcburi köçkünlər üçün tikilən evlərlə bağlı "Niyə Ağdamda mənə ev düşmür?" sualını səsləndirib. Spiker isə bu fikirlərin görülən işlərə kölgə saldığını bildirərək etiraz edib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Daha sonra Aqil Abbas məsələyə münasibət bildirərkən "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" deyərək spikerin mövqeyini dəstəkləyib.