YapiKredi Müraciət Forması
Mazda CX-5
Xarici siyasət

"Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb"

Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb

Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb.

Demokrat.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda media üçün brifinqdə deyib.

Onun sözlərinə görə, gələn il dövlətlərarası münasibətlərin 35 illiyi olacaq: "Bu gün Azərbaycan-Almaniya münasibətlərinin bütün aspektləri ətrafında geniş müzakirələr apardıq. Bizim münasibətlərimiz həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb. Mövcud dönəmdə də iki ölkə arasında ali və yüksəksəviyyəli görüşlər davam etdirilib".

Nazir bildirib ki, alman həmkarı ilə mütəmadi təmasdadır: "Həm telefonla, həm beynəlxalq platformalarda hər zaman iki ölkə arasındakı əlaqələin inkişafı üçün təmasdayıq".

C.Bayramov əlavə edib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr və parlamentlərarası əlaqələr də mövcuddur. Bundan başqa, iki ölkə arasında müqavilə-hüquq bazası var. Bu günə qədər 80 müxtəlif sənəd, saziş imzalanıb, 10 sənəd üzrə hazırda işlər aparılır.

B
Qeyd edilməyib