2027–2028-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycan vətəndaşları üçün Çin Xalq Respublikasında təhsil almaq məqsədilə sənəd qəbulu elan edilir.
Demokrat.az-ın məlumatına görə, proqram çərçivəsində Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşılıqlı olaraq hər iki ölkənin ali təhsil müəssisələrində təhsil almaq imkanı təqdim olunur.
Təqaüd proqramına müraciət üçün son tarix 13 dekabr 2026-cı il, saat 23:59-dur. Namizədlərin qəbulu ilə bağlı yekun qərarın 2027-ci ilin iyul–avqust aylarında təqdim olunması nəzərdə tutulur.
Proqram "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumat üçün keçid:



