Politoloq: “Rusiya çalışır ki, Ermənistan Qərbə inteqrasiya etməsin”

XARİCİ SİYASƏT 22 yanvar 2025, 15:00
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Moskvaya səfər ediv. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb. 

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandıqdan sonra Ermənistanın xarici işlər naziri Moskvaya dəvət olunur və bu heç də təsadüfi deyil:

“Düşünürəm ki, bununla bağlı Rusiyada kifayət qədər ciddi suallar vardır. Lakin, Ararat Mirzoyan və Sergey Lavrov arasında görüşdə də bir sıra məqamlar diqqət çəkdi. 

Baxmayaraq ki, Ermənistan ciddi sürətdə Amerika, Qərb, Avropayla yaxınlaşmaq siyasi kursunu götürüb. Rusiya çalışır ki, Ermənistan bu adımları atmasın, Ermənistan Qərbə inteqrasiya etməsin. Əvəzində isə Rusiya bunu çox böyük sükutla, sakitliklə qarşılayır. Yalnız burada növbətçi bəyanatlar və narazılıq ifadə olunur”.

Politoloq onu da qeyd edib ki, Rusiyanın kifayət qədər əlində təsir alətləri var və bunu Ermənistana qarşı tətbiq edə bilər:

“Enerji, nəqliyyat, rabitə, bank və digər sahələrdə Rusiya çox kritik mövqelərə malikdir. Lakin hər hansısa praktiki adımlar atılmır, bəyanatlar səviyyəsindən o tərəfə keçməyən münasibətləri izləyirik. Hazırda da mətbuat konferansında Rusiya xarici işləri naziri daha çox Ermənistan-Rusiya münasibətlərinin təşviqinə yönəlmiş fikirləri istifadə edir. 

Eyni zamanda Ermənistanın xaric işləri naziri kifayət qədər suallardan yayınır, diplomatik formada onlara cavab verirdi. Çalışırdı ki, Ermənistanın konfessional zəmində Avropa İttifaqına üzv olmaq istiqamətində tutduğu yola da hər hansısa bir göz yumulsun və yaxud buna əhəmiyyət verilməsin. Ən azından bu, aydın şəkildə mətbuat konfransında nəzərə çarpırdı”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top