"Özəl pensiya fondu məsələsində hökumətlə baxışımız eynidir"

İQTİSADİYYAT 22 yanvar 2025, 12:23
Azərbaycan Mərkəzi Bankının (AMB) özəl pensiya fondunun yaradılması məsələsində hökumətlə baxışı eynidir.

Demokrat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu istiqamətdə daha fəal çalışmaq lazımdır. Özəl pensiya fonduna görə həyat sığortası şirkətlərində əlavə kapital tələbinin yarana biləcəyi ilə bağlı nə isə demək hələ ki, tezdir", - deyə o qeyd edib.

AMB sədrinin I müavini Əliyar Məmmədyarov isə deyib ki, bununla bağlı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iş gedir: "Ölkəmiz üçün ən optimal variantın müəyyənləşdirilməsi istiqamətində iş aparılır". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 yanvar 2025, 14:43
Top