"Ermənistan cəmiyyətində revanşistliyindən geri çəkilməyənlərin sayı kifayət qədər çoxdur. Bunlar xüsusilə ictimai, siyasi aktiv kəsimdə özünü göstərir. Ermənistan parlamentində təmsil olunan müxalifət keçmiş Qarabağ klanına aid olan qruplaşmadır. Onlar faşist ideologiya ilə zəhərlənmiş siyasi gücdür. Bu ideologiya ilə zəhərlənən yalnız müxalifət təmsilçiləri deyil. Eyni zamanda hakimiyyətdə təmsil olunan şəxslərin bir çoxu da həmin ideyanın daşıyıcılarıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"44 günlük savaş və antiterror əməliyyatından sonrakı reallıqlar Ermənistan hakimiyyətini daha rasional addımlar atmağa vadar edir. Paşinyan bir müddətdir ki, real Ermənistanla tarixi Ermənistanın fərqini cəmiyyətə izah etməyə çalışır. Paşinyan real Ermənistandan qurma Ermənistanı qurmağı təklif edir. Onun fikirləri etirazlarla qarşılanır. Axır-əvvəl erməni cəmiyyəti bu reallığı qəbul edəcək".
O bildirib ki, faşist ideologiya ilə zəhərlənmiş toplumun müalicəsi 2 üsulla aparılmalıdır:
"Ermənistanın rasional düşünən siyasi qüvvələri erməni cəmiyyətini tərbiyələndirməli ya da faşizmin əsas müalicə üsulu olan ağır zərbələr vurulmasıdır. Hazırda Azərbaycan Ermənistanda baş verən hadisələri səbrlə izləməkdədir. Ümid var ki, Paşinyan hakimiyyəti cəsarətini toplayaraq konstruktivlik nümayış etdirib, sülh müqaviləsi imzalayacaq. Ermənistan cəmiyyəti və revanşist duyğuları sülh prosesini əngəlləyən əsas amillərdən biridir. Ancaq prosesə ən çox əngəl olan kənar müdaxilələr və köhnə havadarlardır".
Qeyd edək ki, iclas zamanı müxalifət fraksiyasından olan deputat Anna Mkrtçyan parlamentin tribunasına qalxaraq Qarabağın Ermənistan ərazisinə daxil edildiyi saxta xəritəni spiker və onun köməkçilərinin əyləşdiyi tribunaya yapışdırıb. Hadisədən qısa müddət sonra Ermənistan parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşı saxta xəritənin təsvir olunduğu kağızı cıraraq qanunsuzluğu aradan qaldırıb.
Əfsanə Kamal
Demokrat.az