Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb?

SİYASƏT 20 yanvar 2025, 08:39
Qarabağda özünü buraxmış keçmiş qondarma rejimin "lider"lərindən sayılan Vitali Balasanyan Azərbaycan, Ermənistan, Rusiyaya müraciət edib.

Demokrat.az xəbər verir ki, bu barədə Globalinfo.az məlumat yayıb.

V.Balasanyan məktubunda liderlərdən ermənilərin Qarabağa qaytarılmasını istəyib.

Hətta Ermənistanda belə nüfuzunu itirən Balasanyanın bu addımı ermənilər arasında birmənalı qarşılanmayıb və gülüş doğurub.

Qeyd edək ki, V.Balasanyan 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Qarabağdan qaçan ilk liderlərdən olub. O, Azərbaycana qarşı müxtəlif cinayətlərdə, o cümlədən Xocalı soyqırımında iştirakda ittiham olunur. Maraqlıdır ki, uzun müddətdir səssizliyini qoruyan Vitali Balasanyan məhz indi hərəkətə keçib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top