Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

GÜNDƏM 19 yanvar 2025, 12:59
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.

Demokrat.az xəbər verir ki, bu barədə səfir “X” hesabında bildirilib.

“1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib”, - deyə o qeyd edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top