“Sea Breeze” Kurort Kompleksində tikilən binalarla bağlı yeni video yayılıb. Videoda qeyd olunub ki, tikilən binadakı mənzillərdə kombi sistemi balkonda yığılsa da, isti döşəmənin kollektoru dəhlizdə yerləşdirilib. Buna görə də qaz sərfiyyatı daha çox olacaq.
Demokrat.az Kommersant.aza istinadən xəbər verir ki, bundan başqa kombidən kollektora gedən boru 25-lik çəkilib ki, bu da 32-lik boru olmalı idi. Çünki kombi sistemində təyin olunmuş istilik dərəcəsi isti pol və radiatorlara getdikdən sonra daha soyuq halda kombiyə qayıdacaq. Buna görə də kombi dayanmadan qaz sərfiyyatı edərək geri aldığı soyuq suyu isitməyə başlayacaq. Borunun nazik olması da eyni prosesə təkan verir. Kombidən çıxan 25-lik boru evdə müəyyən olunmuş nöqtələrə paylanır və kombinin isti suyu geri sovurma qabiliyyəti azalır. Dövriyyə bu formada davam etdikcə qaz sərfiyyatı artıb.
Sözügedən videoda daha bir neçə məqam diqqət çəkib. Arakəsmə divarlarının alçıpanla bölünməsi gələcəkdə sakinlərə bəzi problemlər yaşada bilər. Məsələn, divara TV, kondinsioner, ağır tablo və s. kimi asqılı əşyalar yerləşdirmək çətin olacaq.
Kollektor sistemi və şitin kolidorda mebelin arxasına yerləşdirilməsi də layihənin əvvəldən planlaşdırılmadığına işarə edir. Orada mebellrin yerləşdirilməsi əvvəldən planlı olsaydı o zaman şit və kollektor başqa bir yerdə ola bilərdi. Nəticədə mebellerin arxası kəsilməz və estetik görünüşə ziyan dəyməzdi.
Eyni zamanda mebelin içinə yerləşdiriləcək yüklər daha sonradan kollektor və şitə əlçatanlığı azaldacaq.
Mənzillərə daxil olan yüksək gərginlik elektrik xəttləri isə sanuzel qovşağından dəhlizə çəkilib. Bu da gələcəkdə təhlükəsizliyi sual altına qoyur.
Ardı var...

@kommersant.az1 Bu da sizə yüz minlərlə dəyəri olduğu deyilən, amma keyfiyyət baxımdan dəyəri çox aşağı olan, Sea Breeze. Şərhi sizə buraxırıq. #seabreeze #kommersantaz #xeber ♬ orijinal ses - Kommersant.az✅