Politoloq: "Azərbaycan İranda yaşayan 40 milyona yaxın soydaşımızın cazibə mərkəzidir"

GÜNDƏM 16 yanvar 2025, 17:28
"Azərbaycanla İran arasında münasibətlərin zaman-zaman gərginləşməsi və müəyyən qədər normallaşması təbii hadisədir. Əsas səbəb odur ki, İran Azərbaycanın müstəqilliyini heç cür qəbul etmək istəmir. Ərazilərimizi işğaldan azad edib, suverenliyimizi bərpa etməyimiz İranın maraqları çərçivəsində deyil"

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

O bildirib ki, İran Azərbaycan dövlətinin mövcudluğunu öz təhlükəsizliyinə təhdid olaraq görür: 

"Bu səbəbdən də İranın davamlı olaraq Ermənistanı dəstəklədiyini görürük. Dostluq, qonşuluq, əməkdaşlıq barədə xoş sözlər eşitsək də, zaman-zaman İrandan tərəfindən verilən anti-Azərbaycan açıqlamalar ortadadır. Buna ən son nümunələrdən biri İran Parlamentinin üzvünün anti-Azərbaycan paylaşımı və Ərdəbilin əyalət mollasının Türkiyə və Azərbaycanın dövlət başçısı haqqında tərbiyəsiz ifadələridir. Azərbaycan tərəfi ifadələrə görə, həmin mollanın üzr istəməsini istəsə də, heç bir addım atılmadı. Səbəb sadədir. Azərbaycanın müstəqil, güclü ölkə olması İranda yaşayan 40 milyona yaxın soydaşımızın cazibə mərkəzidir. Mümkün bütün vasitələrlə Azərbaycanın qarşısını almağa, inkişafını zəiflətməyə çalışırlar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 20:04
Top