İranla Rusiya arasında yeni müqavilədə nələr nəzərdə tutulur?

DÜNYA 15 yanvar 2025, 21:20
Rusiya Federasiyası ilə yeni saziş Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanmasını nəzərdə tutur.

Demokrat.az
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Nazir bildirib ki, iqtisadiyyat istənilən beynəlxalq münasibətlərin hərəkətverici qüvvəsidir: 

“Hərtərəfli müqavilə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. İrimiqyaslı nəqliyyat layihəsi İranı Rusiya ilə, oradan isə Avropa və Asiya ilə birləşdirir. Bu dəhlizin başa çatması ilə iki ölkə arasında ticarət yolları qısalacaq və xərclər azalacaq”.

Qeyd edək ki, Şimal-Cənub ITC ticarət yolu kimi Rusiya, İran, Hindistanı, eləcə də dəhliz boyunca yerləşən digər 8 ölkəni birləşdirir. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 21:54
Top