İran rəsmisi Bakıya niyə gəlmişdi? — Bəqayi açıqladı

XARİCİ SİYASƏT 14 yanvar 2025, 09:03
“İran Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edir”.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran XİN-in sözçüsü İsmayıl Bəqayi Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana son səfərini şərh edərkən deyib.

Bəqai qeyd edib ki, Əhmədianın qonşu ölkələrə səfəri əvvəlcədən planlaşdırılıb.

“İran həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mühüm hesab edir. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik”, - o bildirib.

Bəqayi həmçinin qeyd edib ki, bu səfər regionda sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində başlanan proseslərin, xüsusilə “3+3” formatında həyata keçirilən əməkdaşlığın davam etdirilməsi məqsədilə həyata keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top