Cihangir İşbilir: Yeni bir Türk dünyası dövrü başlayır

XARİCİ SİYASƏT 13 yanvar 2025, 16:32
Daima qardaşlıq münasibətlərini möhkəmləndirən Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi, beynəlxalq və diplomatik müstəvidə də sıx əməkdaşlıq edirlər. İki ölkə arasındakı qardaşlıq münasibətləri mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Demokrat.az
xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir sözügedən münasibətlər və onların inkişafı ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:

“Türkiyə-Azərbaycan arasındakı bağlar çox qüvvətlidir. Biz nə zaman dara düşsək, dərhal bir-birimizin köməyinə qaçırıq. Artıq bir müddətdir ki, Azərbaycandayam və bir çox tədbirlərə qatılıb, həmsöhbət olduqca, ölkəni daha da yaxından tanıyıb, öz vətənim olduğunu anlayıram. Bu ölkədə danışılan türkcənin qədim türkcə olduğunu, mədəniyyətin də buradan qaynaqlandığını görürəm. Bizi millət edən məhz dəyərlərimiz və onlar uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdir. Artıq köhnə yox, yeni Türkiyə, Azərbaycan var. Biz bu gün Zəngəzur dəhlizinin açılıb, Türk dünyasının birləşdiyi möhtəşəm bir gələcəyin ilk addımlarındayıq. Zəngəzur dəhlizi burada həm kilid, həm də açar rolunu oynayır. Şuşadan Şama, Türküstandan Balkanlara qədər yeni Türk dünyası dövrünün başladığını deyə bilərik. Bu baxımdan da, belə bir dəhlizin açılması və bu torpaqların birləşməsi mühüm şərtdir”, – İşbilir qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top