Atalar yaxşı deyiblər, qonşu iti qonşuya hürməz...
Ancaq bu fikir yəqin ki, köhnə qonşulara aid imiş. Əks halda, Azərbaycanın cənub qonşusundan gələn səsləri necə əsaslandıra bilərik ki...
Bəli, ataların deyimi ilə əsaslandırsaq, cənub qonşumuz İranda qonşunun nəinki özünə, hətta itinə belə yaraşmayacaq hallar müşahidə olunur. Xüsusən mollaların timsalında.
Ötən ilin dekabrında Ərdəbilin imamcüməsi Həsən Amulinin tutduğu yolla indi də Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini gedir. Ancaq bəllidir ki, bu yol deyil, kiminsə tərəfindən məqsədli şəkildə cızılmış bir cığırdır.
İran molları hər şeyi bildiklərini düşünürlər, ancaq bilmədikləri bir çox şey var və onlar bundan xəbərsizdirlər. Amuli, Abedini kimi siyasi fikirlər səsləndirən siyasət cahilləri hədlərini bilmirlər. Amma ataların onlar üçün bu yerdə də gözəl bir sözü var: həddini bilməyənə həddini qandırarlar.
Azərbaycan və Türkiyə dövlətləri, bu iki qardaş ölkənin liderləri haqqında fikir söyləmək, xalqını təhqir etmək həddini bilməməkdir. Həddini bilməmək isə ilk növbədə cahilliyin göstəricisidir. Bu təkcə mollaların yox, mollarının əlaltısı olduğu rejimin də cahilliyidir. Cahillik, savadsızlıq, hədsizlik olmasa, İran siyasətində niyə bu cür simalar at oynatsın, niyə özlərini siyasətçi zənn etsinlər? Yalnız cahillik bu insanlara hədlərini unutdura və ən yumşaq halda "başından böyük" ifadələr səsləndirməyə zəmin yarada bilər. Mollaların danışığı mağaralarda yaşamış qədim insanların nitqinə bənzəyir. Beyin istifadə etmədən, sadəcə nitqinin imkan verdiyi cəfəngiyyatla ətrafı zəhərləyirsən. Əslində isə bu cür şüursuzluğun məhsulu olan fikirlər hətta qədim insanların çıxardığı qırıq-qırıq səslərdən belə daha anlamsız və kortəbiidir. Odur ki bu cahillərin düçar olduğu bəla bəşəriyyətin, sivil cəmiyyətin min illərlə gerisində qalmalarını təmin edir. Müasir dünyadan min illərlə geridə olan bir şüurdan isə heç nə gözləməyə dəyməz.
Ancaq yuxarıda qeyd etdiyimiz kimi atalar deyir ki, həddini bilməyənə həddini qandırarlar. Qanmayana söz demək əbəsdir, ola bilsin ki, bu fikirlərin birbaşa ünvanlandığı mollalar üçün də belədir. Buna baxmayaraq, İranda bunları qandıracaq düşüncə sahiblərinin olduğuna inamımız olmalıdır. Axı biz qonşuyuq...
Azərbaycan və Türkiyə liderlərinə qarşı mollaların ağzı ilə cəfəng fikirlər səsləndirilməsinin arxasında hansı qüvvələrin dayanması kifayət qədər açıqdır. Çünki mollaların özbaşına çıxışlar etməsi, özlərindən siyasi gedişlərə cəhd göstərmələri inandırıcı görünmədiyi kimi, həm də mümkünsüzdür. Ən azı onların bu "gedişlər" üçün potensialı olmadığı gün kimi aydındır.
İranın siyasi arenasında mollaların ilk növbədə tabe olduğu şəxs isə təbii ki, ölkənin ali dini lideri Əli Xameneidir. O zaman sual yaranır, mollalar ali dini liderdən bixəbər addım ata bilirlərmi? Sual ritorikdir.
Növbəti sual isə İranın qonşu adına uyğun davranıb-davranmayacağıdır. İranda qonşuluq adını dərk edib hərəkət edəcək bir qüvvə varmı, yoxsa elə sadəcə bu hədsizliyə göz yummaqla kifayətlənəcəklər? Əsas sual bundan ibarətdir.
Elə oxşar sualı Qəzvin mollası Əbdülkərim Abedini hələ Amulinin yoluna düşmədən əvvəl yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı birbaşa olaraq cənub qonşumuza ünvanlamışdı:
"O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?"
Bu sual isə ritorik deyildi, cavabı hələ də İrandan gözləyirik. Mollaların istehsal etdiyi ibtidai nitq İranın qonşu adına yaraşmır.
Azərbaycan öz regionunda söz sahibi dövlətdir. Bu halda hansısa mollaya həddini göstərmək olduqca asandır, ən yaxşı cavab onlara arxasınca səs-küy saldıqları karvanın keçməsini göstərməkdir.
İran üçün isə mollalara həddini göstərmək ilk növbədə prestij məsələsi olmalıdır. Çünki İranın ambisiyaları, regional güc olma təşəbbüsləri, iddiaları fonunda, iki əyalət mollasını susdura bilməmək və ya cəzalandırmağa qüdrətinin çatmaması böyük rüsvayçılıq sayıla bilər. Hər halda gözləyək, görək... (oxu.az)