Qazaxda 25 yaşlı qadın dərmandan zəhərlənərək öldü

HADİSƏ 12 yanvar 2025, 19:38

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 20:32
Top