Hakan Fidan: "Bizim üçün Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamaq prioritetdir"

DÜNYA 12 yanvar 2025, 18:42
"Ərəb ölkələri Suriyanın yenidən qurulmasına kömək etmək üçün səyləri əlaqələndirmək məqsədi ilə birgə mexanizm yaratmalıdır".

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya üzrə təşkil olunan toplantıda bildirib.

O bildirib ki, Suriya üçün bu kritik dövrdə bölgə ölkələri balanslaşdırıcı qüvvə kimi çıxış etməlidir.

"Biz səylərimizi daha səmərəli etmək üçün koordinasiya mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sektorları müəyyən etməliyik. Həmçinin bizim əsas prioritetimiz Suriyanın ərazi bütövlüyünü və birliyini qoruyub saxlamaq olmalıdır", - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 20:32
12 yanvar 2025, 19:43
12 yanvar 2025, 19:17
Top