Abşeronda gölün səviyyəsi artıb: Həyətləri su basıb — VİDEO

HADİSƏ 12 yanvar 2025, 21:33
Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində göl daşıb, həyətləri, evləri su basıb.

Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, 4-5 il əvvəl gölə çatmaq üçün piyada xeyli məsafə qət edirdilərsə, indi suyun artması səbəbindən göl onların evinə çatıb.

Problemdən müvəqqəti çıxış yolu kimi Digah bələdiyyəsi yola maşınlarla kərpic qırıntısı tökdüyü üçün, hələ ki, bu küçədə hərəkət etmək mümkündür.
Amma sakinlər hər il gölün səviyyəsinin daha da artdığını deyirlər.

Məsələ ilə bağlı Digah bələdiyyəsindən "Xəzər xəbər"ə bildirilib ki, son dövrlər yağışlar çox yağdığından Mehdiabad ərazisindən gələn su gölün səviyyəsini artırıb. Nəticədə bəzi ərazilərdə su həyətlərə dolub. Bələdiyyədən o da qeyd edildi ki, sabah əraziyə müvafiq texnikalar cəlb olunacaq və həyətlərə dolan suyun çəkilməsi təmin ediləcək.

Ətraflı süjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 20:32
Top