Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasının başlanğıcı kimi qiymətləndirir”.
Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
O qeyd edib ki, Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq.
Maraqlıdır, Ermənistanın Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsi Rusiya və Ermənistan arasındakı münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu Rusiya tərəfindən birmənalı qarşılanmamalıdır:
“Ermənistan həm də Rusiyanın da olduğu Avrasiya İqtisadi İttifaqında üzvdür. Bu üzvlük davam edərkən Ermənistanın belə bir addım atması Rusiya tərəfindən birmənalı qarşılanmamalı idi. Bu proses onu göstərir ki, Rusiyanın bu məsələ ilə bağlı bir münasibəti olacaq. Bu gözlənilən idi. Rusiya bu münasibəti özünə xəyanət hesab edir. Çünki Ermənistan digər bir təşkilatda üzv olduğu halda belə bir addım atır. Bu anlamda bu cür reaksiyalar təbii ki, gözlənilən idi”.
O qeyd edib ki, bu məsələdən sonra Rusiya və Ermənistan münasibətləri daha da kəskinləşəcək:
“Rusiya Ermənistanı buna görə cəzalandırmağa çalışacaq. Yaxın günlərdə iki dövlət arasında olan münasibətlərin pozulacağını görəcəyik. Ermənistanın hazırda quru yol vasitələrindən biri Rusiya vasitəsilədir. Rusiya ilə böyük mal dövriyəsi var. Bu da onun üçün çətinliklər yaradacaq”.
Leyla
Demokrat.az