Bakıda piyadanı vuran şəxs yüksəkvəzifəli məmur imiş

HADİSƏ 13 yanvar 2025, 08:33
Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Xatırladaq ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top