"Nəqliyyat vasitələri kəskin şəkildə virusların artmasına şərait yaradır" — Həkim

GÜNDƏM 09 yanvar 2025, 12:37
Qış ayları gəldikdə, soyuq havalarla yanaşı, kəskin respirator virus infeksiyaları da yayılmağa başlayır. Bunun əsas səbəbi insanların daha çox qapalı məkanlarda vaxt keçirmələridir.
 
Qışda sağlamlığı necə qoruyaq?

Mövzu ilə bağlı Demokrat.az-a həkim-terapevt Günay Lətifova açıqlama verib.  

Həkim qeyd edib ki, havaların dəyişkən olması bir sıra xəstəliklərin yaranmasına səbəb olur:

“Xroniki respirator xəstəliyə sahib olan insanların oqranizmi bu kimi havalara öyrəşməyib. Həmçinin ölkədə hava şəraitinə uyğun geyim tənzimlənmir. Nəqliyyat vasitələri kəskin şəkildə virusların artmasına şərait yaradır. Sağlamlığımıza birinci növbədə özümüz nəzarət etməliyik. İnsanlar xəstələndikləri zaman öz qərarları ilə dərman içirlər. Bu da yol verilməzdir. Mütləq şəkildə həkim nəzarətində olmaq lazımdır. Həkim tərəfindən ev və yaxud da kliniki şəraitdə müalicə alınmalıdır. Burada qidalanma da böyük rol oynayır. Sağlam qidalanıb, bol su içmək lazımdır”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 21:48
Top