"Sosial şəbəkələrdə kimlərsə qiymət yazır, siyasət irəli sürməyə çalışır"— AÇIQLAMA

GÜNDƏM 08 yanvar 2025, 11:37
Sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqı tarifinin qaldırılması ilə bağlı xəbərlər yayılır. Hazırda 50 qəpik olan gedişhaqqının 55 qəpik olacağı deyilir. Maraqlıdır ki, 7 ay əvvəl qaldırılan qiymətin yenidən artımına ehtiyac varmı?

Mövzu ilə bağlı Demokrat.az-a  nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib.

O bildirib ki, sosial şəbəkələr dövlətin siyasətini müəyyənləşdirmir:

“Tarif Şurası qiymət artımı ilə bağlı dəyişikliyə qərar verir. Bununla bağlı da  hər hansı bir rəsmi müzakirə aparılmayıb. Sadəcə sosial şəbəkələrdə kimlərsə qiymət yazır, siyasət irəli sürməyə çalışır. Mən rast gəlməmişəm. Metro həmişə zərərlə işlədiyini bəyan edir. Bu baxımdan  düşünürəm ki, qiymət artımındansa, dövlət tərəfindən ictimai nəqliyyata dəstəyin artırılması yaxşı olardı. Qiymət artımı tez-tez olanda insanlar arasında narazılıq yarada bilir”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top