Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu

KRİMİNAL 07 yanvar 2025, 20:49

Terrorçuluğa dair və dövlətçiliyə qarşı açıq çağırışlar etdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq istintaqa cəlb olunan Həmzə Məmmədlinin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesin ilkin mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Prosesin çıxışlar mərhələsi başa çatdıqdan sonra hakim Həmzə Məmmədlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmü elan edib.

Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırış) və 281.2-ci (Dövlətə əleyhinə yönələn açıq çağırış) maddələri ilə cinayət işi açılıb. O, qiyabi həbs olunub və axtarışa verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində cinayət işi başlanılaraq barəsində ittiham irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top