Fransa uzun illər istismar etdiyi Mali, Niger və Burkina Fasodan sonra Çadın hərbi əməkdaşlığına son qoyması ilə bölgədəki müttəfiqlərini bir-bir itirir.
Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, Afrikada əsən külək Parisin hərbi əməkdaşlığına ciddi ziyan vurub.
Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdikdən sonra Seneqal Prezidenti ölkəsindəki daimi Fransa bazasını bağlamaq istəyini bildirib. Bütün bunlar Fransanın keçmiş müstəmləkələrinə təsirinin getdikcə zəiflədiyini bir daha ortaya qoyub.
Hazırda Fransanın Afrikada Cibuti, Çad, Qabon, Fil Dişi Sahili və Seneqalda daimi hərbi bazaları var.
Fransanın ən mühüm bazası sayılan Cibutidə 1500, Çadda 1000, Fil Dişi Sahilində 600, Qabon və Seneqalda 350 fransız əsgəri xidmət edir.
Rəsmi olaraq elan edilməsə də, Afrika Xüsusi nümayəndəsi Jan-Mari Bokelin Makrona təqdim etdiyi hesabatda bu bazalardakı əsgərlərin sayının azaldılması ilə bağlı tövsiyənin yer aldığı bildirilir.
Məlumata görə, Çaddakı əsgərlərin sayı 300-ə, Qabon, Fil Dişi Sahili və Seneqalda isə 100-ə endirilə bilər.
2022-ci ilin fevralında Mali təxminən 5 min fransız əsgərinin dərhal çıxmasını tələb edib.
2022-ci ilin sentyabrında Burkina Fasoda hakimiyyəti ələ keçirən İbrahim Traorenin rəhbərlik etdiyi hərbi administrasiya Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib və 2023-cü ilin yanvarında Fransanın Vaqaduqu Lük Hallade səfirini deportasiya edib.
Fevral ayında Saber əməliyyatı çərçivəsində yerləşdirilmiş 400 fransız əsgəri Burkina Fasonun tələbi ilə ölkəni tərk edib.
2023-cü ilin iyulunda Fransa ilə sıx əlaqələr quran o vaxtkı Nigeriya prezidenti Məhəmməd Bazumun devrilməsi ilə Fransa Saheldəki yaxın müttəfiqi Nigerdən geri çəkilmək məcburiyyətində qalıb.
2023-cü ilin dekabrında Fransa Niamey səfirliyini bağlayıb və təxminən 10 il ərzində bölgədə yerləşən 1500 əsgərin hamısını geri çəkib.
Beləliklə, Fransaya Afrikanın qapıları bağlanıb. Edilən soyqrımlar, törədilən qətliamlar isə unudulmayıb.
Əfsanə Kamal
Demokrat.az