Tovuz rayonunda 2000-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının əri Məmmədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun kəndində baş verib. Fuad yaşadığı evin həyətində bacısı Naidəyə qeyri-etik və nalayiq mesajlar yazması səbəbindən onun əri Məmməddən qisas almaq qərarına gəlib.
Bu məqsədlə Fuad Məmmədə qisas zəminində yumruq və təpik zərbələri ilə döyüb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fuadın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tovuz rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır:
“Bacım Naidənin əri Məmmədlə əvvəllər münasibətləri yaxşı olub. Aramızda heç bir zaman ədavət və münaqişə olmayıb. Lakin bacım Naidə təxminən hadisədən bir ay əvvəl Məmmədlə mübahisə edərək yaşadığımız evə gəldi. Son günlər Məmməd zəng edərək bacım üçün alınan və onların evində qalan cehiz əşyalarını aparmağını dedi. Mən isə onların ailə işinə qarışmaq fikrim olmadığını, həmin məsələnin mənə aidiyyəti olmadığını dedim. Bacımın son 3 gündür kiminləsə yazışmasından şübhələndim. Onun mobil telefonunu alaraq “Whatsapp” proqramına daxil olaraq mesaj yerini yoxladıqda, mesaj yazışma yerində mesaj qalmadığını gördüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, saat 21 radələrində evdə olan zaman atasının bacısına məxsus mobil telefonda mesaj oxuduğunu görüb və atası ilə bərabər həmin mesajları oxuyan zaman Məmmədin bacısının ünvanına nalayiq küçə söyüşləri işlətdiyini, onun və ailəsinin şərəf, ləyaqətini alçaldan sözlər yazdığını görüb: “Məmmədi döymək üçün onun yaşadığı evə getmək istədim. Lakin atam məni qoymadı. Naidədən Məmmədin nə üçün ona bu cür mesaj yazdığını soruşduq. Bu zaman Naidə ağladı. Atam Məmmədin evə gəldiyini və onunla evdə söhbət etməyi məsləhət gördü. Ona görə də evdən çıxaraq Məmmədin evin yaxınlığında gözlədim. Məmməd özünə məxsus “VAZ-2106” markalı avtomobillə yaşadığımız evə gəldi. Atam Məmmədə məxsus avtomobilin qapısını açıb onunla söhbət etmək üçün evə gəlməsini təklif etdi. Məmməd avtomobildən düşərək atam ilə mənim ünvanıma nalayiq söyüşləri söydü. Bu zaman əsəblərimi saxlaya bilmədim, sağ dirsəyim ilə əvvəl Məmmədin boğaz nahiyəsinə, daha sonra sifət nahiyəsinə vurdum və Məmməd yerə yıxıldı. Atam bizi ayırmaq üçün məni Məmmədin üstündən qaldırmağa çalışdı. Bu zaman Məmməd qışqırdıqda sağ əlim ilə onun ağzından tutaraq qışqırmağa qoymadım. Həmin vaxt Məmməd mənim sağ əlimin beşinci barmağını dişlədi. Mən ardıcıl 4-5 dəfə Məmmədin sifət nahiyəsinə yumruq zərbələri vurdum. Atam yenə də bizi ayırdı. Bacım evdən çıxaraq Məmmədi qucaqladı və atam ilə birlikdə evə aparan zaman qonşumuz Sabir ora gəldi. Atam ilə Məmməd bir qədər söhbət etdik. Bacım Məmməd üçün əvvəl çay, sonra su gətirdi. Məmməd Naidəni buraxmayacağını deyərək özü ilə aparacağını bildirdi. Naidə Məmmədlə birlikdə ona məxsus avtomobillə getdilər”.
Fuadın ifadəsinə görə, daha sonra Məmmədin bacısı Səlimə onların yaşadığı evə gəlib və döşəmə silən taxta ağacı götürərək anası Südabəni vurub: “Stolun üstündə olan ləyəni götürərək anam istiqamətinə atdı. Lakin ləyən anama dəymədi. Bir də anamı vurmaq istədikdə atam onları ayırdı. Zərərçəkmiş Məmmədin döyülməsinin səbəbkarı elə onun özüdür. Onun bacıma yazmış olduğu mesajlar olmasa idi. Mən də bunu görməsəydim, bu xoşagəlməz hadisə baş verməzdi. Həmin xəsarətləri özüm diz və yumruğum ilə vuraraq yetirmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, Tovuz rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır: “Naidə mənim arvadım, Sahib qayınatam, təqsirləndirilən Fuad isə qayınımdır. Qayınım Fuad və qayınatam Sahiblə aramızda əvvəldən heç bir ədavət və münaqişə olmayıb. Münasibətlərimiz normal olub. Naidə ilə təxminən 3 ildən artıqdır ki, evlənmişdim. Lakin uşaqlarımız olmayıb. Qayınatam Sahib təxminən bir il əvvəl mənim Naidə üçün aldığım qızılları apardı. Lakin geri qaytarmadı. Arvadım Naidəni ona hədiyyə almış olduğumuz komplekt qızıl dəsti, yəni tək sırğa, adi qaşlı boyunbağı, adi qaşlı və qaşsız bilərzikləri, iki ədəd adi qaşlı üzükləri və bir ədəd qaynatamdan alması üçün onun evinə göndərdim. Bu zaman arvadım məndən inciyərək ər evinə qayıtmadı. Naidə ilə barışmaq üçün qohumlarımdan bir neçəsini onun evinə göndərsəm də, Naidə qohumlarıma ərinin onun arxasınca gələcəyi təqdirdə evə qayıdacağını bildirərək geri qayıtmadı. Mən qaynım Fuada zəng edərək ya bacısını göndərməyi, ya da gəlib cehizlərini aparmağı ondan xahiş etdim. Fuad bu işə qarışmadığını bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, saat 13 radələrində Naidə ona məxsus mobil telefona zəng vurub və gələrək onu aparmağı xahiş edib: “Saat 21 radələrində evdə olan zaman Naidə mənə mesaj yazaraq harada olduğumu və gəlib-gəlməyəcəyimi soruşdu. Mən evdə olduğumu və evdən çıxaraq gəldiyimi dedim. Atama məxsus etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyim “VAZ-2106” markalı avtomobilə əyləşərək tək Naidənin atası Sahibin evinə getdim. Avtomobili Sahibə məxsus evin döngəsində arxaya döndərmək istəyən zaman Sahib arxa tərəfdən gələrək avtomobilin sol yan qabaq qapısını açdı, avtomobilin açarını çıxardaraq məni avtomobildən düşürtdü. Avtomobildən düşdükdən sonra Sahib sol qolunu arxaya buraraq təpiklə ayağıma vurdu, məni yerə yıxdı. Yerdən qalxmaq istəyən zaman əllə boynumdan tutaraq kürək nahiyəmə bir yumruq vurdu, dizi üstə yerdə oturaqlı vəziyyətdə qaldım. Sahib boynumdan tutaraq sol gözaltı nahiyəmə də yumruqla vurdu. Mehmanın əlində kəsik əlcək olub. Bu zaman müvazinətimi itirdim. Qaynım Fuad gələrək sağ gözümdən yumruqla vurduqdan sonra yerə uzandım. Yerdə olan zaman Sahiblə Fuad hər ikisi bədənimin müxtəlif nahiyəsindən yumruq və təpiklə zərbələr endirdi. Almış olduğum zərbələrdən huşumu itirdim. Ayıldıqda Sahibin dizini kürəyimə qoyaraq məni əlləri ilə boğduğunu gördüm. Sahibin əllərini boğazımdan ayırdım. Sahiblə Fuad məni yerdən qaldıran zaman Fuad ağzımdan tutdu. Büzdüm sümüyümün distal hissəsinin sınığı xəsarətini mənə Sahib sol qolumu buraraq yerə yıxdıqdan sonra sağ əlimin yumruğu ilə dalbadal vurmaqla yetirib. Daha sonra boynumdan tutaraq yerdən qaldırdı və yumruqla sol gözümün altından bir dəfə vurdu. Sonra təpiklə kürəyimdən vuraraq xəsarət yetirdi. Yerdə qalan xəsarətləri Fuad yumruq və təpiklə vuraraq yetirib. Ata və oğlu tərəfindən döyüldüyümü görərək qışqırdım, köməyə adam çağırdım. Həmin vaxt da Fuad mənim ağzımı tutdu. Bu zaman Fuadın barmağını dişlədim. Fuad bundan sonra yenə də yumruqla sağ qulağımın dibindən iki dəfə vuraraq məni döydü. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etdi. Sonradan Sahibin qonşusu Sabir gələrək məni onların əlindən aldı. Bundan sonra arvadım evdən çıxaraq yanıma gəldi, döyülməyimi gördü, ağlayaraq məni qucaqladı. Bu zaman Fuad mənim və arvadımın başından yumruqla vurdu. Bundan sonra sakitlik yarandı”.
Zərərçəkmiş bildirib ki, martın 25-də arvadı Naidənin nömrəsini xatırlamadığı mobil telefonunun “WhatsApp”ına cinsi əlaqədə olmaq, yaxınlıq etməyi barədə mesajlar yazıb: “Həmin mesajlar da təsadüfən Sahib tərəfindən aşkar olundu. Naidə mənim arvadımdır, arvadım ilə necə davrandığıma özüm bilərəm. Döyülməyimdə səbəbi elə bu mesajlar olub. Döyülən vaxtı ətrafda kənar şəxslər olmayıb”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az