Bacısı "ChatGPT"nin rəhbərini cinsi təcavüzdə ittiham etdi

DÜNYA 08 yanvar 2025, 17:45
"OpenAI"ın rəhbəri və "ChatGPT"nin yaradıcısı Sem Altman bacısı Enn Altman tərəfindən məhkəməyə verilib. Qadın qardaşını cinsi zorakılıqda ittiham edib.

Demokrat.az CNBC telekanalına istinadən xəbər verir ki, bu iddialar ABŞ-ın Missuri ştatının federal məhkəməsində qaldırılıb.

30 yaşlı Enn Altmanın dediyinə görə, zorakılıq 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində, onların Missuri ştatında yaşadığı dövrdə başlayıb. İddialar zorakılığın onun 3 yaşı olduğu vaxtdan başladığını və yetkinlik yaşına çatmamış olduğu dövrdə də davam etdiyini göstərir.

39 yaşlı Sam Altman bu iddiaları "tamamilə əsassız" adlandırıb. O, anası və qardaşlarının adından verdiyi açıqlamada ittihamları təkzib edib.

Bu məsələnin hüquqi araşdırması davam edir və nəticələr ictimaiyyət üçün maraq doğurur. İddiaların əsası məhkəmə prosesində müəyyən ediləcək.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top