Türkiyə Kuboku çərçivəsində C qrupunda oyunlara start verilib.
Demokrat.az xəbər verir ki, ilk qarşılaşmada "Eyupspor" "Boluspor"a minimal hesabla qalib gəlib - 1:0.
Daha böyük maraq doğuran ikinci matçda isə İstanbul derbisi baş tutub. Turnirin ən çox qalibi olmuş (18 dəfə) "Qalatasaray" "Başakşehir"i qəbul edib.
Qarşılaşmada qalibi müəyyən etmək mümkün olmayıb - 2:2. Oyunun son dəqiqələrində qonaq komanda azlıqda qalsa da, bu, yekun hesaba təsir etməyib.
Qeyd edək ki, adıçəkilən klublarla yanaşı C qrupunda "Konyaspor" və "Çorum" kollektivləri də yer alır.