Ucar rayonunda 1966-cı il təvəllüdlü Əfsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Həcərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 12 iyun 2024-cü ildə baş verib. Əfsən yaşadıqları evlərinin həyətində qısqanclıq zəminində həyat yoldaşı Həcər ilə aralarında yaranmış mübahisə zamanı yumruq, təpik və dəmir parçası ilə onu dəfələrlə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ucar şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmayıb: “Zərərçəkmiş Həcər ilə 1991-ci ildə ailə həyatı qurmuşam. Aramızda olan nikahdan iki oğlan və iki qız övladımız dünyaya gəlib. Həcər ilə evləndikdən sonra ilk vaxtlarda münasibətlərimiz normal olub. Lakin sonradan aramızda münaqişələr yarandı. Rusiya Federasiyasında balıq alveri ilə məşğul olmuşam. Bir müddət ailəm ilə birlikdə orada qaldıqdan sonra arvadımı və uşaqlarımı Ucar rayonuna göndərmişəm. Özüm isə 6 aydan bir ailəmin yanına gələrək bir qədər qalıb qayıtmışam”.
Əfsən qeyd edib ki, 2018-ci ilin noyabrında Azərbaycana gəlib və Ucar rayonunda qalıb: “Bir ay rayonda yaşadıqdan sonra Bakı şəhərinə taksi sürücüsü işləmək üçün getdim. Lakin işlər zəif olduğu üçün yenidən Ucar rayonuna qayıtdım. Ucar rayonuna qayıtdıqdan sonra işsiz qaldım və arvadım ilə aramızda mübahisələr yaranıb. Mübahisələrin əsas səbəbi arvadımın borclarının olması, borclu olan şəxslərin yaşadığım ünvana gəlməsi və arvadımın özbaşına hərəkətlər etməsi olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 12 iyun 2024-cü ildə, səhər saatlarında Həcər ona mağazada olduğunu deyib, orada işləyəcəyini bildirib: “Mən isə Həcərə işləməsi ilə bağlı hər hansı etiraz etmədim. Həcər mənə mağazanı özünün işlədəcəyini və orada tək özünün olacağını dedi. Həcərə gələrək özümün də mağazaya baxacağımı bildirdim. Həmin gün günorta saat 14 radələrində həmin mağazaya getdim. Mağazaya çatdıqda Həcərin malları qəbul etmək üçün gözlədiyini gördüm. Bu zaman Həcərin mağazanı icarəyə götürmədiyini, satıcı olaraq işlədiyini bildim. Həcərə evə getməsini bildirdim. Həcər ilə yolda gedərkən belə etməməsini, boşandıqdan sonra nə istəyirsə etməsini dedim. Həcər isə cavabında israrla mağazada işləyəcəyini və bunun öz qərarı olduğunu bildirdi. Yaşadığım ünvanın həyətinə girdikdən sonra Həcərə bir daha irad bildirdim və boşananadək özbaşınalıq etməməsini dedim. Bundan sonra Həcər mənə “sən kimsən, yaxşı edirəm” və digər sözlər dedi. Mən sə bundan əsəbləşərək ona şillə ilə bir neçə zərbə endirdim və qışqırmamasını, mənimlə evə gəlməsini dedim. Həcər içəri girmək istəmədi. Bu zaman həyətdə olan dəmir parçasını götürərək “məni məcbur eləmə səni bununla vurum, gəl qalxaq yuxarı orada danışaq” dedim. Bundan sonra Həcər yuxarı qalxmağa razılaşdı və biz yuxarı qalxdıq. Yuxarı qalxarkən əlimdə olan dəmir parçasını həyətdə yerə qoydum. Yuxarı qalxdıqdan sonra Həcərə yenidən boşanana qədər özbaşınalıq etməməsini dedim. Həcər çölə çıxmaq istədiyini bildirdi və bundan sonra biz həyətə çıxdıq. Həyətə çıxdıqdan sonra Həcər yerdə olan dəmiri götürərək mənim sağ qolumdan zərbə endirdi. Həcərin əlindən dəmiri aldım. Bu zaman yerə yıxıldıq”.
Əfsən bildirib ki, daha sonra Həcərə üzünü yumasını deyib və o, həyətdə olan su borusundan üzünü yumağa başlayıb: “Həcər üzünü yuyarkən yenə qışqırmağa başladı və “sən kimsən, sən çıx get burdan mən özüm biləni edəcəm” dedi. Həcərin bu danışıqlarından sonra bir dəfə əlimdə olan dəmirlə onun sifət nahiyəsindən zərbə endirdim. Bundan sonra Həcərin üzü qanadı. Mən Həcərin üzünü yuması üçün hamama apardım. Hamama apardıqdan sonra Həcər üzünü yudu və mənə suyu bağlamağı bildirdi. Suyu bağlayarkən Həcər evdən çölə qaçdı və həmin vaxt bunu görərək ardınca qaçmağa başladım. Qaçarkən yerə yıxılaraq ayağımdan xəsarət aldım. Həcər qaçaraq qonşu Rəqsanənin evinə girdi. Mən də Həcərin arxasıyca gedərək həyətə girdim. Həcər pilləkənin qarşısında yerə yıxıldıqdan sonra onun ayaq nahiyəsindən bir dəfə zərbə endirdim. Bu zaman Rəqsanə evdən çölə çıxdı və mən bunu görərək getdim. Əlimdə olan dəmir parçasını evin yanından axan arxa tulladım və evdə paltarlarımı dəyişərək Bakı şəhərinə getdim. Həcəri döymək niyyətində olmamışam. Lakin məni əsəbləşdirdiyi üçün döymək məcburiyyətində qalmışam. Həcəri döyən vaxt ətrafda başqa heç kəs olamayıb. Həcəri həyətdə döymüşəm. Lakin həyətdən qaçdığı üçün onun ardınca qonşunun həyətinə getmişəm və Rəqsanənin evdən çıxdığını görərək sakitcə getmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Həcərin sözlərinə görə, Ucar şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, 30 ilə yaxın müddətdir ki, uşaq incəsənət musiqi məktəbində müəllim işləyir: “Məktəbdə yay tətili olduğu üçün Ucar şəhəri ərazisində ərzaq mağazalarından birində işləmək barədə qərar verdim. Bu barədə Əfsənə məlumat verdim. Əfsən buna etiraz etmədi”.
Zərərçəkmiş qeyd edib ki, iyunun 12-də, saat 9 radələrində aşadığı ünvanın yaxınlığında yeni açılacaq işləmək istədiyi mağazaya gedib: “Mağazanın açılışı ilə bağlı hazırlıq işləri görərkən saat 14 radələrində Əfsən sərxoş halda mağazaya gələrək onunla birlikdə evə getməyi bildirdi. İşlərim olduğunu bildirərək etiraz etsəm də, Əfsən israr etdiyi üçün birlikdə evə gəlməli oldum. Yaşadığı ünvana gələrək içəri girdikdən sonra Əfsən həyətin giriş qapısının kilidini bağladı və məni yerə yıxaraq baş nahiyəmə yumruq və təpiklə zərbələr endirməyə başladı. Əfsənin dayanması üçün su istədiyimi dedim. Əfsən isə məni həyətdə olan su borusunun yanına gətirərək üzümü yuduqdan sonra evə gəlməyi bildirdi və məni evə tərəf sürüməyə başladı. Müqavimət göstərdiyim üçün Əfsən əvvəlcədən həyətə qoyduğu dəmir parçasını götürərək baş nahiyəmdən çoxsaylı zərbələr endirdi. Mən məcbur qalaraq Əfsən ilə birlikdə evə girməyə razılaşdım. Evə girib mətbəxə keçdikdən sonra Əfsən söhbət etməyə başladı və bu məqamda fürsət taparaq evdən çölə qaçdım. Lakin Əfsən ardımca qaçaraq məni tutdu və yerə yıxaraq yenidən dəmir parçasıyla zərbələr endirdi. Üz nahiyəm tamamilə dağıldı. Bu səbəbdən Əfsənə üzümü yumağımı dedim. Əfsən məni sürüyərək həyətə girişdən sağ tərəfdə yerləşən hamama apardı və suyun altına saldı. Üzümü yuduqdan sonra Əfsənə suyu bağlamağı dedim. Əfsən qaçmamağı tapşırıraraq suyu bağladı. Mən həmin vaxt qapını açıb özümü küçəyə atdım. Hara gedəcəyimi bilmədiyim üçün qonşu Rəqsanənin həyətinə daxil oldum. Həyətə girdikdən sonra Əfsən yanıma çatdı və dəmir parçasıyla zərbələr vurdu. Əfsənin əlindən çıxaraq qaçıb Rəqsanənin evinin qapısının önünə yıxıldım. Həmin vaxt Əfsən yenidən mənə bir neçə zərbə endirdi. Bundan sonra Rəqsanə səsimi eşidərək qapıya gəldi. Rəqsanə gəldikdən sonra Əfsən getdi. Əfsən getdikdən sonra baş verənləri isə xatırlamamışam. Əfsən məni evin həyətində qapını bağlayaraq döyüb. Bu səbəbdən mənim döyülməmi heç kim görməyib. Baş vermiş hadisə nəticəsində baş nahiyəmdən xəsarətlər almışam”.
Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az