"TikTok" fenomenlərinin müxtəlif səbəblərdən həbsi davam edir. Bir çoxları haqqında Cinayət Məcəlləsinin 234.1-1-ci ittihamı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Məcəllənin həmin bəndi satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma üçün nəzərdə tutulub.
Bu ciyanət maddəsini törədən şəxsləri hansə cəzaların gözləməsi haqqında vəkil Emil Aslanov danışıb.
Vəkil Demokrat.az-a açıqlamasında bildirib ki, maddə 234.1-ə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmək, saxlamaq, hazırlamaq, emal etməq, daşımaq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
O bildirib ki, Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əfsanə Kamal
Demokrat.az